Tramp müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Azadinform xəbər verir ki, bununla bağlı ABŞ prezidentinin bəyanatında bildirilir.

"Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız zəmanət verir ki, müsəlmanlar öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət edə bilərlər", - deyə Trampın bəyanatında deyilir.

Dövlət başçısı qeyd edib ki, xeyli insan Ramazanı bayram edirlər. "Melanya və mən onların mübarək ayda verdikləri ümidlərinə qoşuluruq. Ramazanınız Mübarək", - deyə Tramp fikirlərini yekunlaşdırıb.

15.05.2018 23:27 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo