Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb

Ümit Özat Türkiyənin "Gənclərbirliyi" komandasının baş məşqçisi postundan ayrılıb.

Azadinform "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib. 

O, baş məşqçi ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını bildirib. 

Qeyd edək ki, "Gənclərbirliyi" növbəti mövsümdən etibarən Türkiyə Superliqasında iştirak etməyəcək. Komandanın aşağı liqaya düşəcəyi rəsmiləşib. "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir. 

15.05.2018 20:54 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo