"İnter" klubu "Yuventus"un futbolçusu ilə 3 illik razılıq əldə edib

İtaliyanın "Yuventus" komandasının futbolçusu Kvadvo Asamoa yeni mövsümdən etibarən İtaliyanın "İnter" klubunda çıxış edəcək. 
Azadinform-un "Sky İtalia"ya istinadən verdiyi məlumata görə, Milan təmsilçisi 30 yaşlı müdafiəçi ilə 3 illik razılıq əldə edib.

Qanalı futbolçu yeni klubunda ilə 3.5 milyon avro qazanacaq. Asamoa yaxın vaxtlarda komanda ilə müqavilə imzalayacaq. 

Qeyd edək ki, Kvadvo Asamoanın "Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatır. "İnter" müdafiəçini azad agent kimi heyətinə qatacaq. 
15.05.2018 20:26 / Baxılıb: 168 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo