Rusiyadan Yəmənə buğda aparan yük gəmisi raketlə vurulub

Rusiyadan Yəmənə buğda daşıyan yük gəmisi üzərinə raket düşüb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Bloomberg" yazıb.

Gəmi İstanbulda yerləşən "Ince Shipping Group" şirkətinə məxsusdur. Onun göyərtəsində Novorossiyskdə yüklənmiş təqribən 50 min ton buğda olub. Yükün alıcısı "Fahem Group" şirkətidir. Mayın 10-da Yəmən sahillərindən 113 km məsafədə olan gəmiyə naməlum istiqamətdən raket atılıb.

Raket gəminin anbarına düşərək partlayıb. Heyət üzvlərindən xəsarət alan olmayıb. Yükə ziyan dəyməyib, lakin gəminin təmirə ehtiyacı var.

Agentliyin məlumatına görə, hadisədən sonra gəmi Səudiyyə Ərəbistanının Cizan limanına göndərilib və hazırda liman yaxınlığındadır. Yükün Yəmənə nə zaman aparılacağı məlum deyil.

15.05.2018 20:11 / Baxılıb: 174 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo