"Qəbələ" klubu əcnəbi hücumçusu ilə yollarını ayırıb

"Qəbələ" klubu Türkiyənin "Göztəpə" klubundan icarəyə götürdüyü Famussa Kone ilə yollarını ayırmağa qərara alıb.

Klubdan Azadinfrm-a verilən məlumata görə, malili hücümçunun müqaviləsi uzadılmayıb. 

"Göztəpə" ilə qarışılıqlı anlaşmaya əsasən, 24 yaşlı forvard cari mövsüm başa çatdıqdan sonra İzmir komandasının düşərgəsinə yollanacaq. 

Digər tərəfdən "qırmızı-qaralar" qapıçı Dmitri Bezotosnı ilə müqaviləni uzadıb. Anlaşmaya əsasən, ukraynalı qolkiper 2019-cu ilin iyununadək "Qəbələ"də qalacaq.

Qeyd edək ki, Dmitri Bezotosnı 2015-ci ilin yanvarında transfer olunub. Famussa Kone isə ötən yay 1 il müddətinə icarəyə götürülüb. Bezotosnı Premyer Liqada 28 oyuna çıxıb, Kone isə 22 oyuna 6 qol vurub. 

15.05.2018 19:58 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo