ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar

AZADİNFORM. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə iyunda görüşməyi planlaşdırırlar.  

Azadinform-un məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair yaydıqları bəyanatda bildirilir. 

"Mayın 15-də Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişə nail olunması yolları müzakirə edilib. Anjey Kaspişik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Elmar Məmmədyarov intensiv danışıqlara hazır olduğunu bildirib", - bəyanatda qeyd olunub. 

15.05.2018 19:45 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo