Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb

Samir Soltanov/AZADİNFORM. Penitensiar xidmətin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməliyyat aparatının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Rəsulov Nofəl Şəmşir oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman gizlətdiyi və axtarış zamanı udmağa cəhd etdiyi sellofan bükülüdə 0,837 qram heroin aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

15.05.2018 18:55 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo