12 yaşlı şagird məktəbdə vəfat edib

Biləsuvarda məktəbdə ölüm hadisəsi baş verib. 

Məlumata görə, hadisə rayonun Dövrüşlü kəndində qeydə alınıb. Rayonun Amankənd kənd sakini, 2006-cı il təvəllüdlü Əlyar Ürfan oğlu Hüseynli məktəbdən çıxmaq istəyərkən qəflətən halı pisləşib, daha sonra isə o, vəfat edib. 

Ə. Hüseynlinin ölüm səbəbini müəyyən etmək üçün meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə verilib. 

Faktla bağlı araşdırma aparılır. (apa)

15.05.2018 18:09 / Baxılıb: 280 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo