Lerikdə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

AZADİNFORM. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, 13 may 2018-ci il tarixdə Lerik RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Piran kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara sakini Ələmdar Rəhimov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki sellafon torbanın içərisindən 1 kiloqram 310 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Ə. Rəhimov üzərindəki narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Lerik Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

15.05.2018 16:40 / Baxılıb: 206 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo