Bakıda NATO tərəfdaşları arxa cəbhə ekspertlərinin daimi qrupu ilə görüş keçirilir

Adəm Abbaslı/AZADİNFORM. NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir.

Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.

15.05.2018 16:31 / Baxılıb: 476 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2018
26.05.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo