Neft kəskin bahalaşdı - 79 dolları keçdi

Adəm Abbaslı/AZADİNFORM. Dünya birjalarında neft yenidən bahalaşdı.

Azadinform xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 0,85% artaraq 71,56 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar  ya 1,05% artaraq 79,05 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrın 25-də 79 dollar olub.

15.05.2018 15:56 / Baxılıb: 478 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo