Araz Əlizadə: Əli Kərimlinin mənəviyyatı 2-3 əsr əvvəldə qalıb

AZADİNFORM. “Həmin professorun fikirləri ilə razılaşmaq mümkün ola bilməz. Əgər o professor Əli Kərimlini ulu adlandırsaydı, razılaşmaq olardı. Çünki onun mənəviyyatı 2-3 əsr əvvəldə qalıb”.

Bu fikirləri Azadinform-a açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə ABŞ-da Azərbaycanla bağlı dinləmələr zamanı Massaçusets Universitetinin tarix elmləri üzrə professoru Odri Alştadtın çıxışında Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marjinal şəxsi“ və ya “qocası” adlandırmasına münasibətini bildirərkən deyib.

O, bildirib ki, Əli Kərimlini siyasətçi kimi qəbul etmir: “Çünki siyasi fəaliyyəti Əbülfəz Elçibəyin köməkçisi işləməkdən ibarət olub. Partiya sədri olandan sonra hansı fəaliyyəti olub? Aktiv siyasətçi o adamdır ki, siyasi mübarizədə iştirak etsin. Bu adam isə bunu etmir. Ailəsini xaricə göndərən adama müxalifətin qocası demək olarmı? Təbii ki, xeyr”.

15.05.2018 14:17 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo