Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib - FOTO - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması çərçivəsində keçirilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasına Rusiyadakı diaspor təşkilatları da qoşulublar.

Diaspor  Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyindən Azadinform-a verilən məlumata görə, artıq may ayının birinci yarısında Krasnoyarsk diyarı azərbaycanlılarının milli-mədəni muxtariyyəti, “Odlar yurdu” Xalq mahnı və rəqs ansamblı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Krasnoyarsk diyarı üzrə bölməsi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriblər.  Açılış “Odlar yurdu” rəqs ansamblının konsert proqramı ilə başlayıb. Konsertdə Krasnoyarsk diyarının dövlət və hökumət rəsmiləri, şəhər administrasiyasının rəhbərliyi və təmsilçiləri, eləcə də qırğız, özbək, tacik, yəhudi və digər xalqların milli-mədəni birliklərinin nümayəndələri də iştirak ediblər.

Öncə səhnədə Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədri Taleh Mahmudovun adından onun müavini Xalid Hacıyev, “Odlar yurdu” rəqs ansamblının direktoru Səadət Qarayeva, ansamblın bədii rəhbəri Aqil Cəfərov çıxış ediblər. Çıxışçılar  Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sərəncam imzaladığını və bütün dünya azərbaycanlılarının bu yubileyi qeyd etdiklərini bildiriblər. Həmçinin Krasnoyarskdakı soydaşlarımız AXC ilə bağlı keçirilən silsilə tədbirlərdə aktiv olmağa dəvət edilib.

Daha sonra min nəfərlik zalda Azərbaycanın “Qarabağ”, “Zorxana”, “İgidlər”, “Tərəkəmə”, “Köçəri”, “Qarabağ çobanlar” və s. milli rəqsləri nümayiş etdirilib. Fəal iştirakçılara isə təşəkkürnamələr təqdim olunub. 

Krasnoyarskda AXC ilə bağlı növbəti olaraq dəyirmi masa təşkil edilib. Tədbirə Sibir Federal Universitetinin professor-müəllim heyəti, tələbələr və digər xalqların milli-mədəni birliklərinin üzvləri qatılıblar. Dəyirmi masada AXC-nin Azərbaycan tarixində rolu, Rusiya-Azərbaycan münasibətlərindən danışılıb.

Krasnoyarskdakı soydaşlarımız dünya azərbaycanlılarına AXC-nin 100 illiyi münasibətilə təbrik mesajlarını da göndəriblər. Soydaşlarımız milli geyimlərdə əllərində Azərbaycanın 1918-20 illərindəki xəritəsi olan posterlər tutaraq Üzeyir Hacıbəylinin “Cəngi” kompozisiyasının sədaları altında fləşmob ediblər. Həmvətənlərimiz, eyni zamanda Krasnoyarskda yerli sakinlər arasında da AXC haqqında məlumatlandırma aparıblar.

Xatırladaq ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” kampaniyasının təşkilatçıları Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Nərgiz Xələf və Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadədir. Kampaniyanın məqsədi Diaspor və İctimai Təşkilatların Əməkdaşlıq Platforması adı altında dünya azərbaycanlılarında komanda işini aktivləşdirmək, xaricdəki soydaşlarımızın həmrəyliyini gücləndirməkdir. Kampaniyaya 11 ölkədən (ABŞ, Kanada, Norveç, Monteneqro, Rusiya, Almaniya, Hollandiya, Polşa, Türkiyə, Ukrayna və Kipr) diaspor təşkilatları qoşulub. Ayrıca Azərbaycandakı 20-dən artıq QHT bu kampaniyanın virtual təbliğatını aparır.

https://www.youtube.com/watch?v=uKOX0i3JBNg&feature=youtu.be

Kampaniyaya aşağıdakı təşkilatlar qoşulub:

 

Xaricdəkilər

1. Azərbaycan-Amerika Qadın Cəmiyyəti

2. Alman-Azərbaycan Dostluq Cəmiyyəti

3. Benilüks Azərbaycanlıları Konqresi

4. Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi

5. Krasnoyarsk diyarı üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyatı Təşkilatı

6. Ukraynada Gənclər Dünyası İctimai Birliyi

7. Azərbaycan-Kipr Dostluq Cəmiyyəti

8. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansı

9. Doğu Akdeniz Universitetinin nəzdində Azərbaycan Tələbə Cəmiyyəti

10. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi

11. Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Kanada Koordinatoru

12. Norveçdə CAN Təşkilatı

13. Norveç  Azərbaycan Gənclər Təşkilatı

14. Norveç Azərbaycan Tələbələr Təşkilatı

15. Polşada Azərbaycanlı Gənclər Şurası

 

Azərbaycandakılar

16. “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

17. “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi

18. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi

19. Gənclərin Həmrəyliyi İctimai Birliyi

20. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı

21. Azərbaycan Diasporu İnformasiya Mərkəzi

22. XX Əsrin Qadınları İctimai Birliyi

23. “Vəfa” Sosial-İctimai Birliyi

24. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

25. Gəncə Regional Qadın Mərkəzi

26. Diaspor TV

27. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi

28. Dünya Gənc Türk Yazarlar Birliyi

29. İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi

30. Sabir Fondu

31. Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi

32. Beynəlxalq Mutikultural Şəbəkəsi

33. ENACTUS Azərbaycan

34. “Tərəqqi” Sosial İqtisadi Araşdırmalar İctimai birliyi

35. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi

36. Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi

37. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi

 

15.05.2018 13:47 / Baxılıb: 810 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
26.05.2018
25.05.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo