Amerikanın indi etdiklərinin nəticəsi daha ağır olacaq

AZADİNFORM. “ABŞ prezidenti Donald Tramp prezident seçkisindən əvvəl verdiyi bütün vədləri addım-addım yerinə yetirir. Adətən prezident seçilməyənə qədər çox vəd verən olub, ancaq Ağ Evə köçdükdən sonra soyuq başla hərəkət edərək ehtiyatlı qərarlar qəbul ediblər. Tramp onlardan deyil, dediyini edir, ancaq onun qorxunc vədlərini yerinə yetirməsi beynəlxalq aləmə baha başa gəlir”.

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, xatırladıb ki, Tramp İranla nüvə anlaşmasından çıxacağını demişdi və çıxdı: “Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını və Amerika səfirliyini bu şəhərə köçürəcəyini demişdi və etdi. Bu gün Qəzza bölgəsində ölənlərin sayı çoxdur və bu say getdikcə arta bilər. Amerikanın yaxın tarixində çox səhvləri olub, ancaq indi etdiklərinin nəticəsi daha ağır olacaq. Buna baxmayaraq, Donald Tramp ölkə daxilində reytinqini artırıb. Demək, Amerika cəmiyyəti okeanın o tərəfindən bu tərəfinə baxarkən özü üçün təhlükə görmür”.

15.05.2018 13:35 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo