Danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir

Samir Soltanov/AZADİNFORM. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Misirin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, nazir Azərbaycanla Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. 

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir. 

Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.

15.05.2018 13:30 / Baxılıb: 192 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
22.08.2018
21.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo