Paşinyan Sarkisyan yolu ilə gedir

Şəfa Tapdıq/AZADİNFORM. “Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərin Qarabağda yerləşməsi prosesini həyata keçirir. Yəni qeyri-qanuni şəkildə məskunlaşma prosesi yaşanır. Bu, ATƏT-in hesabatlarında əksini tapıb”.

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib və XİN rəhbəri Elmar Məmmədyarovun fikirlərini xatırladıb: “Ermənilərin işğal altında olan ərazilərimizə yerləşdirilməsi münaqişənin həlli imkanlarını buxovlayan məsələdir. Ümumiyyətlə, bu hal danışıqlar prosesinin perspektivinə kölgə salır. Ermənistan elə bir addım atır ki, nəticədə Azərbaycan torpaqlarının qaytarılması yox, atəşkəsin saxlanılması, suriyalı erməni qaçqınların köçürülməsi kimi məsələlər müzakirə olunsun. Problemin həllini kənara qoyub bu kimi problemləri gündəmdə saxlamağa çalışırlar. İstəyirlər ki, danışıqlar naminə danışıqlar aparılsın və status-kvo qorunub saxlansın. Ermənistanın taktikası budur. Yeni baş nazir Paşinyan da Qarabağ məsələsində devirdiyi Sarkisyanın mövqeyini davam etdirir. Paşinyan da eyni siyasəti davam etdirərsə, uğursuzluğa düçar olacaq”.

15.05.2018 12:46 / Baxılıb: 221 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo