Dindən istifadə edərək Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr var

“Regionda bəzi dairələr daxildən və xaricdən dindarların əli ilə Azərbaycana təsir göstərmək istəyir, qarışıqlıq yaratmaq istəyir”. 

Məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib. O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır: “Din amilindən istifadə edərək, İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”. 

Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”. (apa)

15.05.2018 12:32 / Baxılıb: 297 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo