Azərbaycan məsələnin hüquqi müstəvidə həllinə tərəfdardır

Şəfa Tapdıq/AZADİNFORM. “ABŞ səfirliyinin Qüdsə köçürülməsi ərəb dünyasında ciddi narazılıq doğurub. Fələstinin bu prosesə mane olmaq istəməsi gərginliyin daha da artmasına səbəb olub və ssenari arzuolunmaz şəkildə inkişaf edib. 50-dən artıq fələstinlinin öldürülməsi, bundan dəfələrlə çox sayda insanın yaralanması səbəbi ilə Fələstin və Türkiyədə matəm elan olunub. Görünən odur ki, onsuz da labirintə düşmüş proses daha bir ciddi zərbə alıb”.

Bu sözləri Azadinform-a millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bu məsələ ilə bağlı Azərbaycanın mövqeyindən də danışıb: “Azərbaycan Fələstinin mövqeyini o baxımdan dəstəkləyir ki, bu problem dinc yolla həllini tapmalıdır və Qüdsün İsrailin paytaxtı elan olunması kimi məsələlər beynəlxalq hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarlar  əsasında həllini tapmalıdır. Yəni bu kimi məsələlər zor yolu ilə deyil, dinc danışıqlar yolu və indiyə qədər hüquqi müstəvidə qəbul edilmiş qərarlar çərçivəsində həll olmalıdır. Dövlətimiz son hadisələrdən narahatlığını ifadə edir. Bu sayda insanın həlak olmasından, yaralanmasından narahatlığımızı ifadə edirik. Bir daha qeyd edirəm ki, bütövlükdə ölkəmizin mövqeyi budur ki, məsələnin hüquqi müstəvidə həllinə tərəfdarıq”.

15.05.2018 11:43 / Baxılıb: 346 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo