Qüdsdə baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır

“Biz Qafqaz müsəlmanları bəyan edirik ki, Qüds müsəlmanların - Fələstinin paytaxtıdır”. 

Məlumata görə, bu bəyanatla Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib. O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq: “Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”. 

Şeyxülislam bildirib ki, Qüds müsəlmanların doğma və müqəddəs torpağıdır: “Qüdsdə bu gün baş verənlərin səbəbi müsəlman dövlətləri arasında birliyin olmamasıdır. Bəzi dövlətlər bu birliyin olmamasından məharətlə istifadə edir”. (apa)

15.05.2018 11:25 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo