Azərbaycana qanunsuz siqaret keçirən şəxs tutuldu

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycana qanunsuz yolla siqaret keçirən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana "Vaz 21013" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin sağ və sol qanadlarının altından 3880 ədəd üzərində "Sakurorta" yazısı olan siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

15.05.2018 09:55 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo