Sabunçuda 8 otaqlı ev yanıb

AZADİNFORM. Bakının Sabunçu rayonunda ev yanıb.

FHN-dən Azadinform-a verilən məlumata əsasən, ümumi sahəsi 192 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

15.05.2018 09:00 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo