Eldar Qasımov İsrailin qalib olması haqda fikirlərini bölüşüb

AZADİNFORM. “1-ci yer İsrail və 2-ci yer Kipr. Mənə görə çox simvolik. Bir-birinin antonimi olan ifaçılar və tam fərqli möhtəşəm qadınlar”.

Bunu Azərbaycanı Avroviziya yarışmasında qalib edən Eldar Qasımov bu günlərdə İsrail təmsilçisinin Avroviziya yarışmasında qalib gəlməsi ilə əlaqədar fikirlərini bölüşərkən deyib.

O, bildirib ki, dünya standartlardan kənar və musiqi bazarının stereotiplərindən uzaq olanı seçdi: “Netta isə fərqliliyini və öz ürəyini seçdi və heç də yanılmadı. Çünki standartlar və çərçivələr ancaq bizim başımızda mövcuddur. Azad olun, fərqli olun, seçilin!”.

14.05.2018 17:40 / Baxılıb: 294 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo