Aksiyalarda həlak olan fələstinlilərin sayı 43-ə yüksəlib (Yenilənib 2)

Samir Soltanov/AZADİNFORM. Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 43-ə yüksəlib. 

Azadinform xəbər verir ki, 1500 fələstinlinin isə İsrail polisinin açdığı atəş nəticəsində yaralandığı bildirilir. Toqquşmalar davam edir.

17:45


Samir Soltanov/AZADİNFORM. Qəzza sektorunda İsrail ordusu ilə fələstinlilər arasında baş verən toqquşmada həlak olan və yaralıların sayı artıb. Azadinform xəbər verir ki, İsrail ordusu 37 fələstinlini qətlə yetirib. Məlumata görə, toqquşmalar nəticəsində yaralananların sayı 1693-ə yüksəlib.

16:40


Samir Soltanov/AZADİNFORM. ABŞ İsraildəki səfirliyini Qüdsə köçürməsi Qəzza sektorunda toqquşmalara səbəb olub. Azadinform xəbər verir ki, Qəzza sektorunda İsrail ordusu ilə fələstinlilər arasında toqquşma baş verib. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail ordusu da onlara odlu silahdan atəş açıb. Ordunun açdığı atəş nəticəsində 28 fələstinli həlak olub. Bildirilir ki, toqquşmalar nəticəsində 390 fələstinli yaralanıb. 

14.05.2018 18:40 / Baxılıb: 172 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.05.2018
    25.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo