Qadının bank hesabından oğurluq edən şəxs tutulub

AZADİNFORM. Bakıda qadının bank hesabından oğurluq edən şəxs tutulub.

Fevralın 24-də Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Əliyeva həmin gün sərnişini olduğu xətt avtobuslarının birində içərisində 120 manat pulu, evinin açarları və sənədləri olan çantasını unutduğunu, az sonra mobil telefonuna bank hesabından 229 manat pulunun çıxarılması barədə mesaj gəldiyini bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. G.Əliyevanın hesabından pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Nəbiyeva müəyyən edilərək Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o, avtobusda tapdığı çantadakı bankomat kartının üzərində qeyd olunmuş kod vasitəsilə G.Əliyevanın hesabından göstərilən məbləğdə vəsaiti çıxararaq oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

14.05.2018 13:20 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo