Sazişin pozulması ilə bölgədə yenidən münaqişəli dövr başlayacaq

Samir Soltanov/AZADİNFORM. “ABŞ-ın sabiq prezidenti Obama ilə İran hökuməti arasında imzalanan nüvə sazişi sülh addımı idi”. 

Azadinform xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranla imzaladığı nüvə sazişindən imtina etməsinə münasibət bildirərkən vurğulayıb. Prezident qeyd edib ki, sazişin pozulması ilə bölgədə yenidən münaqişəli dövr başlayacaq: “İsrail və İran arasında münaqişənin yenidən alovlanması bizi narahat edir. İsrail bu gün Suriya torpaqlarına 50-dək raket atıbsa bu nə deməkdir? Bu birbaşa müharibəyə çağırmaq deməkdir. İsrail onsuzda bu bölgədə davamlı olaraq terror istəyir. Atılan bu addım da terrora yönəlik bir addımdır. Bunları xoş qarşılamaq mümkün deyil”.

14.05.2018 10:55 / Baxılıb: 371 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo