Narkotik vasitə olan spays-ın satışı ilə məşğul olan şəxslər saxlanılıb

Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan “spays” götürülüb.

Məlumata görə, Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram “spays” götürülüb.

Məlum olub ki, S. Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. S.Əliyev narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. Hər 3 şəxs saxlanılıb.

Qeyd edək ki, digər narkotik vasitələrə nisbətən az istifadə olunan “spays” insan orqanizmində təhlükəli fəsadlar törədən üzvü kimyəvi birləşmə (JWH-210) naftolindol sinfinə aid olan analgetik təsirli narkotik vasitədir. “Spays”-ı qəbul edən şəxslərin psixikasında ağır fəsadlar baş verir, narkotik vasitənin uzun müddət qəbulu insanda intihar etmə cəhdlərini artırır. (apa)

13.05.2018 16:16 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo