Eurovision-2019 Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək

“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək.

Azadinform-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.

“Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı "Twitter" sosil şəbəkəsindəki səhifəsində təbrik edən B. Netenyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi növbəti il Qüdsdə olacaq.

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta olub. O,  "TOY"  mahnısını ifa edərək, 529 xalla müsabiqədə birinci yerin sahibi olub.

13.05.2018 16:02 / Baxılıb: 396 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo