XX əsrdə tikilmiş yaşayış evi yerli əhəmiyyətli abidələrin siyahısından çıxarılıb

Qazax şəhəri, Ş.Çobanov küçəsi, 16 ünvanında yerləşən və XX əsrdə tikilmiş yaşayış evi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından çıxarılıb.

Azadinform-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Mədəniyyət Nazirliyinə əlaqədar təşkilatlarla birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

13.05.2018 13:12 / Baxılıb: 285 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo