İndoneziyada kilsələrdə partlayışlarda ölənlərin sayı 9-a çatıb

İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 40 nəfər yaralanıb.

Azadinform-un məlumatına görə, bu barədə İndoneziyanın "Globe" qəzeti məlumat yayıb.

Birinci partlayış yerli vaxtla səhər saat 07.15 radələrində Surabaya şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsinin yaxınlığında törədilib.  Daha sonra 5 dəqiqə intervalla iki partlayış olub. İkinci partlayış Calan Diponeqoro şəhərindəki protestant kilsəsində, üçüncü partlayış Arcuno şəhərindəki kilsədə törədilib.

Kilsələrə hücum edənlər terrorçular dindarlar kimi geyinib və kilsələrdə dini ayin zamanı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.

13.05.2018 10:13 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo