Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin maaşları artırılıb

AZADİNFORM. Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin sədrlərinin aylıq vəzifə maaşları mayın 1-dən artırılıb.

Azadinform-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1121-VQD nömrəli Qanununun tətbiqi haqqında", “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1122-VQD nömrəli Qanununun tətbiqi haqqında" və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi haqqında" sərəncamlarda əksini tapıb.

Beləliklə, Milli Məclisin sədrinin aylıq vəzifə maaşı 2250 manatdan 2475 manata,  Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2120 manatdan 2335 manata, Ali Məhkəmə sədrinin vəzifə maaşı 2070 manatdan 2280 manata qaldırılıb. 

12.05.2018 14:07 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo