Onu sərhədlərimizdən kənarda da ehtiramla yad edirlər

AZADİNFORM. “Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun haqqında xatirələr barədə xeyli söhbət etmək olar. O, Azərbaycan xalqının böyük, mərd oğludur. Onunla bağlı o qədər xoş xatirə var ki”.

Bu sözləri Azadinform-a millət vəkili Məlahət İbrahimqızı deyib.

O, bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur və ölkə onun sayəsində bu qədər inkişaf edib: “O, bizə bu cür ölkə qoyub gedib. Azərbaycan adının dünyanın inkişaf etmiş ölkələri ilə bir çəkilməsinə səbəb olub. Nəinki ölkəmizdə, sərhədlərimizdən kənarda da ulu öndəri böyük ehtiramla yad edirlər. Sevindirici haldır ki, indi onun siyasəti yenə də əmin əllərdədir və uğurla davam etdirilir. Tanrıdan ulu öndərə rəhmət diləyirik. Arzu edirik ki, onun qoyub getdiyi yol əbədi olsun və prezidentin uğurlarının ardı-arası kəsilməsin”.

11.05.2018 16:50 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo