Əfv Komissiyası növbəti dəfə toplaşdı

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

Azadinform-un məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 700-dən artıq müraciətə baxılıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

11.05.2018 16:30 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.01.2019
    16.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo