Pulum bitdi, həyat yoldaşım.... - Sərdar Ortaç

Türkiyəli müğənni Sərdar Ortaç model həyat yoldaşı Xloe Louqnan haqqında açıqlama verib.

Azadinform xarici KİV-ə istinadən məlumat verir ki, müğənninin həyat yoldaşı bu yaxınlarda açıq geyimlər və verdiyi pozalarla gündəmə gəlmişdi. Sərdar jurnalistlərin bu haqda suallarına “Nə edim, həyat yoldaşım modeldir. Mən get soyun demirəm ki” cavabını verib.

Xloenin xəyanət xəbərlərinə isə ifaçı “Ağılsız biri deyiləm. Həyat yoldaşımın məni sevdiyinə tərəddüt etsəydim, əvvəldən evlənməzdim” sözləri ilə münasibət bildirib.

“Həyat yoldaşım istəsə, daha yaxşı biri ilə evlənə bilərdi. Mükəmməl yaraşığa sahib deyiləm. Pulum da bitib, həyat yoldaşım yanımdadır. Demək ki, məni sevir” sözləri ilə Sərdar müsahibəsini bitirib.

9.05.2018 18:34 / Baxılıb: 906 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo