WhatsAppa yeni funksiyalar gəldi

Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp, iOS tətbiqi üçün yeni xüsusiyyətlər təqdim edib. Belə ki, proqramda şəkil içində şəkil (PIP) xüsusiyyəti və qruplar üçün bir neçə yenilik gətirilib. 

Azadinform-un məlumatına görə, WhatsApp-ın son dövrlərdə təqdim etmiş olduğu ən yaxşı xüsusiyyətlərdən biri, "YouTube "videolarına dəstək verməsi idi. Bu sayədə istifadəçilər tətbiqi tərk etmədən WhatsApp üzərindən "YouTube" videolarını izləyə bilirdilər.

"YouTube" dəstəyi mövzusunda istifadəçilərdən gözlədiyi geri dönüşləri edən şirkət, indi də tətbiq İnstaqram və Facebook videoları üçün dəstək gətirir. Beləcə, istifadəçilər artıq WhatsApp üzərindən göndərilən həm "YouTube", həm İnstaqram, həm də Facebook videolarını birbaşa tətbiq içində izləyə biləcəklər.

Belə ki, artıq iOS istifadəçiləri üçün WhatsApp-a qeyd səhifəsinin dizaynı yenilənib. Əgər bir söhbətdə heç ulduzlu mesaj yoxdursa, söhbəti təmizləmək üçün yalnız 'Mesajı Sil' variantı göstərilir. Söhbət keçmişini ehtiyat nüsxəsini çıxarmaqda kiçik dəyişiklik edilib. İdarəçisi olduğunuz qruplarda digər idarəçilərin səlahiyyətlərini əllərindən ala bilərsiniz. Həmçinin qrup gizlilik ayarlarını istifadə edərək qrup mövzusu, simvolu, şərhi kimi xüsusiyyətlərin kimlər tərəfindən tənzimlənə biləcəyini təyin edə bilərsiniz.

Bununla yanaşı WhatsApp-Siri əlaqəsi inkişaf etdirilib.

9.05.2018 16:09 / Baxılıb: 681 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
    14.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo