Üçölçülü printerdə insan dərisi çap edilib

Kanada həkimləri insan dərisinin bərpası üçün nəzərdə tutulan portativ üçölçülü printer təqdim ediblər. Qurğunun fərqli cəhəti onun bir neçə dəqiqə ərzində dəri qatını bərpa edə bilməsindədir.

Azadinform “Life” resursuna istinadən yazır ki, Toronto Universitetinin əməkdaşları tərəfindən hazırlanan qurğu “U of T bioprinte” adlanır və kompakt ölçülərə malikdir, eləcə də yanıq yarasını bir neçə dəqiqəyə sağaltmağa imkan verir. Printerə bədənin yaralı yerlərinə sürtməyə imkan verən və süni dəri parçalarına çevrilən biomaterial yüklənir. Bir müddət sonra dəri adaptasiya olunur və yaralar yoxa çıxır. Mütəxəssislər bildirib ki, “U of T bioprinter” printeri həkimlərin dəri donorlarına ehtiyacını aradan qaldıracaq.

Aspirant və layihə iştirakçısı Navid Hakiminin sözlərinə görə, printeri müxtəlif yanıq dərəcələrinə uyğun sazlamaq mümkündür. Alimlər qrupu qurğunu laboratoriya donuzları üzərində tətbiq edərək onun uğurlu sınaqlarını keçirib. Gələcəkdə alimlər qurğunu insanlar üzərində sınaqdan keçirərək daha çox süni dəri parçaları istehsal etməyi planlaşdırırlar.  

8.05.2018 22:04 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo