GIZ müsabiqə elan edib

AZADİNFORM. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Mediada müəllif hüquqları:rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Müsabiqə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini nəzərə alaraq keçirilir. Xəbər istehsalçılarının əqli mülkiyyət hüquqları sahəsində mövcud olan qanunlar, bu sahədə tənzimlənməni və nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları barədə məlumatlı olmaları günümüzün zəruri tələbləri sırasındadır. Bunları nəzərə alaraq, müsabiqəyə qatılmaq istəyənlər müəllif hüquqları haqqında anlayışlar, qanunlar barədə bilgi verən, müəllif hüquqlarının təmin edilməsi yönündə praktiki durum barədə təsəvvür formalaşdıran, bu sahədə təşəbbüsləri əks etdirən araşdırma yazıları hazırlayıb təqdim etməlidirlər.

Məqalələrin qiymətləndirilmə meyarları:

* Yazıda müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasını əhatə edən qanunvericilik bazası və beynəlxalq normalar barədə bilgilər yer tutmalı;

* KİV, xüsusən onlayn mediada müəllif hüquqlarının təmin edilməsi yönündə praktiki durum barədə təsəvvür formalaşdırılmalı, problemlər və onların aradan qaldırılması yönündə mütəxəssis rəyi əks edilməli;

* Müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması sahəsində tənzimlənməni və nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları barədə məlumatlar yer tutmalı, oxucuda müəlliflik hüquqlarını qorumaq üçün üz tutacaqları ünvanlar barədə təsəvvür formalaşdırılmalıdır.

- Yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 700 AZN

İkinci yer – 500 AZN

Üçüncü yer – 400 AZN

Müsabiqənin texniki şərtləri:

1. Jurnalistlər müsabiqəyə 1 May 2018-ci ildən 15 iyun 2018-ci ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

3. Müsabiqəyə müraciət üçün tələb olunan sənədlər:

* VÖEN-nin nüsxəsi

1.05.2018 16:20 / Baxılıb: 240 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo