Nadir Azəri CASCFEN-nin sədri oldu

Samir Soltanov/AZADİNFORM. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) İdarə Heyəti yekdil rəylə qurumun sədr müavini Nadir Azərinin ümumi yığıncağadək sədr vəzifəsini icra etməsinə qərar verib. 

Azadinform xəbər verir ki, bu haqda yayılan açıqlamada deyilir ki, təşkilat qurulduğu gündən onun ən fəal üzvlərindən olan Nadir Azəri son 6 ildə həm də sədr müavini vəzifəsini daşıyıb. Təşkilatın işində yaxından iştirak edən, daim qurumun ictimaiyyət arasında tanınması, fəaliyyətinin genişlənməsi üçün səy göstərən sədr müavini məhz bu keyfiyyətlərinə görə bu etimada layiq görülüb. Aprelin 23-də təşkilatın sədri vəzifəsindən istefa vermiş Azər Həsrət də Nadir Azərinin namizədliyini dəstəklədiyini bildirib.

1.05.2018 15:43 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo