Misir Mərdanov: Dövlət qulluqçusu statusu əvvəllər müəllim işləyənlərə də şamil ediləcək

Atif Eyvazov/AZADİNFORM. “Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib. Yəqin hökumət müəyyən ekspertizadan sonra qərar verəcək”. “Azadinform” xəbər verir ki,  bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazir müəllimlərə veriləcək statusun növündən də danışıb: “Müəllimlərə bəzi dövlət qurumlarında çalışan işçilərə verilən dövlət qulluqçusu statusuna yaxın bir status veriləcək. Burada bütün məsələlər öz əksini tapmalıdır. Bizim müəllim nüfuzunu qaldırmaqdan savayı yolumuz yoxdur. Burada müəllimlərin sosial müdafiəsi və digər məsələlər də öz əksini tapmalıdır”- deyən nazir bildirib ki, bu status əvvəllər işləyən müəllimlərə də şamil ediləcək.

22.02.2012 17:23 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.05.2012
    © 2012 All right reserved www.danneo.com Powered by Danneo