Azərbaycanda yaşayan xalqların mədəniyyətləri təbliğ olunacaq

AZADİNFORM. “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsinin icrasına başlayır.

İB-dən Azadinform-a verilən məlumata görə, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək layihə mayın 1-dən sentyabrın 1-dək davam edəcək.  

Məlumatda bildirilir ki, layihə müxtəlif mədəni qrupları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərlə əməkdaşlıqdan, onların etnoqrafiyası, incəsənəti və ənənələrini əks etdirən məqalələrin hazırlanması, bədii-özfəaliyyət kollektivlərinin fəaliyyətinin monitorinqi, görkəmli mədəniyyət və incəsənət xadimləri haqqında informasiyaların toplanması, dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin gördüyü işlərin ictimailəşdirilməsindən bəhs edir.  

Layihənin  məqsədi müxtəlif mədəni qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində araşdırılmayan və yaxud da çox az tədqiq olunan tərəflərini araşdırmaq,  bu zaman ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısını öyrənib təbliğ etməkdən ibarətdir. 

Layihə çərçivəsində Bakıda 1, regionlarda 2 tədbir keçiriləcək, Azərbaycan və rus dillərində informasiya bülleteni hazırlanacaq.  

30.04.2018 16:35 / Baxılıb: 479 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo