Qondarma erməni soyqırımının arxasınca düşən dünya yaxın tarixdəki Xocalı dəhşətinə niyə susur?!

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün dünyanı şəxsi prinsiplər yox, həqiqətən tarix maraqlandırsaydı, ən azı Xocalı soyqırımına görə ən çox Azərbaycanın halına acıyan olardı”. Bunları “Azadinform”a açıqlamasında tarixçi alim, millət vəkili Musa Qasımlı bildirib.

O, qeyd edib ki, Xocalı soyqırımı yaxın tarixdə baş verən ən böyük insani, siyasi və tarixi dəhşətdir. “1992-ci ildə Azərbaycan ərazisində ermənilər Xocalı soyqırımını törətdilər. Bu, ermənilərin bəşəriyyətə qarşı törətmiş olduğu bir cinayətdir. Bunu təsdiq edən faktlar var, şahidlər var, eyni zamanda cinayəti etiraf edən Zori Balayan kimi cinayətkarlar var. Amma dünya bu faktı buraxıb düşüb qondarma “erməni soyqırımı”nın arxasınca. Əgər doğurdan da erməni soyqırımı olubsa, bəs hardadır dəlillər, kütləvi məzarlıqlar? Həmin dövrün sənədlərində heç bir dəlil, heç bir sübut yoxdur. Bəli, 200-250 min erməni öldürülüb, bəs bütün Qarabağda milyondan çox azəri türkünün öldürüldüyünə, itkin düşməsinə, xüsusilə Xocalı dəhşətinə dünya niyə susur?!”-deyə M.Qasımlı vurğulayıb.
Millət vəkili deyir ki, dünyanın Xocalı soyqırımına hələ də hüquqi qiymət verməməsi dünya siyasətçilərinin tarix qarşısında rüsvay olmasına gətirib çıxaracaq.

22.02.2012 15:53 / Baxılıb: 322 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo