Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Bakı sakininin cəzası yüngülləşdirilib

Natiq Bağırov/AZADİNFORM. Bu gün Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Bakı şəhər sakini Elton Mehdiyevin apelyasiya şikayətinə baxılıb. “Azadinform” xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Elton Mehdiyevin barəsində olan hökm dəyişdirilib və onun barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elton Mehdiyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs 2011-ci il mayın 23-də Bakının Nizami rayonu ərazisində münaqişə zəminində həmyerlisi Əhməd Məmmədovu bıçaqlayaraq öldürməyə cəhd edib.

22.02.2012 15:49 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo