Birlik MMC 2 min manat cərimələnib

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Birlik” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halı müəyyən olunub.

Nazirlikdən “Azadinform”a verilən məlumata görə, bununla əlaqədar həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Artıq Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Birlik” MMC-yə 2 min manat maliyyə sanksiyası tətbiq edilib.

22.02.2012 15:47 / Baxılıb: 215 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo