Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkarlıq subyektinə güzəştli kredit verilib

Həbibə/AZADİNFORM. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Xəzər rayonunun Zirə qəsəbəsində keçirib. Nazirlikdən “Azadinform”a verilən məlumata görə, tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Xəzər rayonu, Zirə qəsəbəsində sahibkar Bəşir Quliyevə məxsus müasir istixana kompleksinin fəaliyyətinə və Sona İmanovaya məxsus müasir istixana kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.
Tədbirdə Xəzər rayonunun, o cümlədən tədbirin keçirildiyi Zirə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik və orta həcmli müasir istixana və zeytunçuluq təsərrüfatlarının, çörək istehsalı müəssisələrinin, müasir zeytun emalı fabrikinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli belə layihələrin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, bu ilin əvvəlindən Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 257 investisiya layihəsinin maliyyələşdirilməsinə 30.9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 227 investisiya layihəsinin maliyyələşdirilməsinə 26.1 milyon manat və Bakı qəsəbələri üzrə 30 investisiya layihəsinin maliyyələşdirilməsinə 4.8 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Bakı qəsəbələrində müasir tələblər əsasında qurulan 6 istixana kompleksi, 5 quşçuluq təsərrüfatı, 7 çörək istehsalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkarlıq subyektinə 372 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 40-dan çox yeni iş yeri yaradılacaq.

22.02.2012 15:41 / Baxılıb: 641 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo