Gəncliyinizin yaşıl sirri

AZADİNFORM. İllərin üzünüzdə qoyduğu izlər, zamansız qırışlar və sizi aynalara düşmən edən yaşla bağlı bir çox problemin həlli sadəcə plastik əməliyyatlardan keçmir.

“Azadinform” “The Psychology”yə istinadən bildirir ki, plastik əməliyyat haqqında düşünməzdən əvvəl gəncliyinizin və dərinizin yaşıl dostlarının köməyindən yararlanmaq daha faydalıdır. Məsələn, dünyanın ən gözəl və ən məşhur xanımlarının belə gözəllik sirləri arasında zeytun və onun yağından istifadə edilməsi təsadüfi deyil. Zeytun daxili təbii müalicə üsullarında, yağı isə bir çox kosmetik vasitədə, o cümlədən dərman xarakterli bir çox preparatın hazırlanmasında ən geniş istifadə olunan bitkidir.
Dərin kəsik izlərinin və dəri xərçənginin müalicəsində ən çox istifadə olunan bitki isə avokadodur. Bu meyvədən hazırlanan 60-a yaxın müalicəvi kosmetik vasitə var. Kaliforniyada bitən jojoba həm yaşıllığı, həm də öz xarici görünüşü ilə insana gözəllik vəd edir. Artıq 150 ildir ki, amerikalı xanımların sevimlisinə çevrilən bu bitkidən daha çox artıq piylərdən qurtulmaq üçün tətbiq edilən masajlarda istifadə edilir.
Üzüm çiyidi dərinin elastikliyini və möhkəmliyini qoruyan ən yaxşı təbii vasitədir. Onun yağından isə yaraların müalicəsində istifadə edilir. Və min bir xeyri ilə tanınan yaşıl çay. Təxminən bir antioksidant kokteyli qəbul etdiyinizi düşünə bilərsiniz. Dərini qaraciyərdən qaynaqlanan ləkələrdən qoruyur, qan dövranını sürətləndirir və eyni zamanda duruldur, dəri xərçəngindən qoruyan təsirli təbii vasitələrdən sayılır.
Xrizantem də həssas və allergik dərilərin müalicəsində və qızarıqlığın dərhal aradan qaldırılmasında təsirlidir. Güclü antioksidant təsirə malik qızılgül ləçəkləri hələ qədimdən şahzadələrin gözəllik vasitələri arasında olub. Həftədə bir dəfə qızılgül ləçəkləri ilə dolu isti vanna qəbulu dərinin qırışmasının və təravətini itirməsini uzun müddət əngəlləyir və prosesi zəiflədir.

22.02.2012 15:33 / Baxılıb: 710 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo