Əbülfəs Qarayev: Mən burada qəbahət görmürəm

Adəm Abbaslı/AZADİNFORM. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 fevral tarixində Sankt-Peterburqda “Azərbaycan estrada ulduzlarının xeyriyyə konserti”nin məhz Xocalı faciəsinin ertəsi gününə təsadüf etməsi ilə bağlı yaranan söz-söhbətlərə münasibət bildirib.

“Azadinform”un məlumatına görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən nazir bildirib ki, Azərbaycanın incəsənət adamları hər zaman müxtəlif ölkələrdə keçirilən tədbirlərdə iştirak edə bilərlər. Nazirin sözlərinə görə, o müğənniləri və incəsənət adamlarını xarici ölkələrə dəvət edirlərsə, onları xaricdə gözləyirlərsə, bu, çox sevindirici haldır: “Amma Azərbaycanın matəm günlərində dəvət olunduqları tədbir toydursa, şənlikdirsə qatılmırlar. Azərbaycan sənətçiləri çox vətənpərvərdir. Lakin dəvət olunduqları dövlət tədbiridirsə, mən burda qəbahət görmürəm”.
Xatırladaq ki, sözügedən konsert proqramı Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycanlıların Milli Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub və Vladimir Putinə dəstək xarakteri daşıyır. Konsertdə Azərbaycan estrada ulduzlarından əməkdar artist Eyyub Yaqubov, müğənnilər Rəhim Rəhimli, Sevda Yəhyayeva, İbrahim Borçalı, meyxanaçı Namiq Qaraçuxurlu və “Bu şəhərdə”nin aktyorları Rəfael və Coşqun iştirak edəcək.
Qeyd edək ki, ötən günlərdə konsertin məhz Xocalı faciəsinin ertəsi gününə təsadüf etməsi ilə bağlı bir neçə təşkilat və Xocalı sakinlərinin iştirakı ilə etiraz əlaməti olaraq tədbir keçirilib.

22.02.2012 14:51 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo