Xocalı soyqırımı Küveytdə anılıb

Adəm Abbaslı/AZADİNFORM. Küveyt Dövlət Universitetində Küveytin istiqlal bayramı ilə əlaqədar təşkil olunan sərgidə Azərbaycan diasporu da iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Azadinform”a verilən məlumata görə,  sərgidə iştirak edən “Vətənsevər” Azərbaycan-Küveyt Dostluq və Mədəniyyət Cəmiyyətinin rəhbəri Könül Hacızadə Küveytin regionda özünəməxsus yeri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Küveytdə yaşayan azərbaycanlı və türklərin öz milli adət-ənənələrini yaşatmaları üçün əlverişli şərait yaradılıb. K.Hacıyeva Xocalı soyqırımı barədə də danışıb. Küveyt dövlətindəki Azərbaycan diasporunun lideri erməni vandallarının Xocalının dinc sakinlərinə qarşı törətdiyi qətliamı erməni millətçilərinin son 200 il ərzində azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi səciyyələndirərək 20 il əvvəl baş vermiş bu faciənin insanlığa qarşı cinayət olduğunu vurğulayıb. Cəmiyyət sədri gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün dünya birliyinin buna siyasi-hüquqi qiymət verməli olduğunu qeyd edib və Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunacağına inamını ifadə edib.

22.02.2012 14:40 / Baxılıb: 307 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo