16 cinayətkar qrup ifşa olunub

Samir Soltanov/AZADİNFORM. Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub. 

Azadinform xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin I rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. 

Qeyd edilib ki, hesabat dövründə 16 soyğunçuluq və quldurluq cinayəti törətmiş 28 nəfərdən ibarət 16 qrup, eləcə də 41 mənzil oğurluğu törətmiş 36 nəfərdən ibarət 16 cinayətkar qrup ifşa olunub. 

Narkotiklərlə bağlı aşkar edilmiş 234 fakt (2017-ci ilin müvafiq dövründə 294) üzrə qanunsuz dövriyyədən 172 kiloqramdan çox (+11 kq 603 qr) narkotik vasitə çıxarılıb. 

Hesabat dövründə paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 6,3% azalaraq 4.641 (-315) iş olub. İstintaqı tamamlanmış 1.192 (+121) cinayət işindən 68,4%-i (-23, 815-i) baxılması üçün məhkəmələrə göndərilib, 31,6%-nin (+144, 377) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 90,3%-i (+47,3%) ödətdirilib.

23.04.2018 17:23 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo