Bakcell Formula-1lə bağlı 4G şəbəkə tutumunu artırdı

Samir Soltanov/AZADİNFORM. “Bakcell” şirkəti "Formula-1 Azərbaycan Qran-Prisi" günlərində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq öz şəbəkəsində xüsusi hazırlıq işləri həyata keçirib. 

Azadinform xəbər verir ki, bu məqsədlə Bakı şəhərinin mərkəzində və xüsusilə "Formula 1" yarışının keçiriləcəyi ərazilərdə şəbəkə tutumu artırılıb, şəbəkə tutumu maksimum optimallaşdırılıb. 

"Bakcell" istifadəçilərinə daha keyfiyyətli mobil internet xidməti göstərmək, 4G Şəbəkə tutumunun və əhatə dairəsinin genişləndirilməsi məqsədilə 20-dən çox yeni baza stansiyaları işə salınıb, 6 yeni mobil baza stansiya qurulub. Yarış zamanı 24/7 şəbəkəyə nəzarət və müştərilərə dəstək həyata keçiriləcək.

23.04.2018 16:40 / Baxılıb: 154 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo