Prezident bu şəxslərə fəxri adlar verdi - SƏRƏNCAM

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Azadinform xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar elm xadimi”

Kərimov Kərəm Təbriz oğlu

“Əməkdar həkim”

Ağayev Misirxan Muradxan oğlu

Şamilova Faiqə Hacıbala qızı.


Prezident həmçinin mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında da Sərəncam imzalayıb. Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar memar”

Hüseynova Leyla Qafar qızı

Məmmədov Ədalət Eyvaz oğlu

“Əməkdar mühəndis”

Kərimli Telman Nəcəf oğlu

Sultanov Zakir İmran oğlu

“Əməkdar mədəniyyət işçisi”

Nuriyev Fuad Lütvəliyeviç.

23.04.2018 15:00 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2018
    26.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo