Bu, korrupsiyanın azaldılmasına qarşı görülən nümunəvi işlərdən biridir

Şəfa Tapdıq/AZADİNFORM. “İlham Əliyev prezident seçildiyi andan hər zaman korrupsiya ilə mübarizəni prioritet məsələ kimi qoyub. Təsadüfi deyil ki, prezidentin imzaladığı 4 proqram məhz korrupsiya ilə bağlı olub. Bu barədə fərman və sərəncamlar imzalanıb. Ölkədə struktur sistemli islahatlar aparılır, yeni qərarlar qəbul edilir. Ortaya qoyulan nə yaxşı nümunələrdən biri ASAN Xidmətdir”.

Bu sözləri Azadinform-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. Bildirib ki, bu xidmətin yaradılması ilə müştəri məmnunluğu və şəffaflıq təmin olunub: “Bu, korrupsiyanın azaldılmasına qarşı görülən nümunəvi işlərdən biridir. Bildiyiniz kimi, başqa ölkələr də Azərbaycanın bu nümunəsindən istifadə edirlər. Digər sahələrdə də korrupsiyaya qarşı mübarizə aparılır. Buna görə də beynəlxalq reytinqlərdə Azərbaycan getdikcə ön sıralara keçir. Elektron xidmətlərin genişləndirilməsi də hökumətin daha açıq, daha şəffaf iş görməsinin göstəricilərindəndir və bir daha təsdiq edir ki, korrupsiyaya qarşı mübarizə prioritet mövzudur. Prezident andiçmə mərasimində bir daha qeyd etdi ki, bundan sonra da korrupsiyaya qarşı mübarizə gücləndiriləcək. Bu isə siyasi iradənin nəticəsidir”.

23.04.2018 13:25 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2018
    22.05.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo